Vətənim Media xəbər verir ki, “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” sazişlə bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
APA-nın məlumatına görə, layihə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasının gündəliyinə salınıb. Sənəd sazişin qəbul və təsdiq edilməsini, eləcə də həyata keçirilməsinə icazə verilməsini nəzərdə tutur. Saziş Azərbaycan Dövlət Neft Şirkəti, “ExxonMobil Exploration & Production Azerbaijan Limited” və “Middle Kura” MMC arasında bağlanıb.
Əsas mənbə: APA
