Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib. Əliyev bu barədə “X” hesabında paylaşım edib.
Prezident paylaşımında “Trump Route for International Peace and Prosperity” layihəsinin başlanması münasibətilə ünvanlanan xoş sözlərə görə Trampa səmimi təşəkkürünü bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan və Donald Tramp layihəyə start veriblər. Tramp layihənin həyata keçirilməsinə görə Paşinyana və İlham Əliyevə təşəkkür edib.
Əsas mənbə: APA
