Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Çexiyanın Baş naziri Andrey Babiş Bratislavaya səfərindən əvvəlki brifinqdə Avropa İttifaqının 2028–2034-cü illər üçün büdcə layihəsini qəbuledilməz adlandırıb. O, üzv ölkələrin mövqelərinin bir-birindən çox uzaq olduğunu və razılığa gəlməyin çətin göründüyünü bildirib.
Babişin sözlərinə görə, layihədə Ukraynaya 100 milyard avro ayrılması nəzərdə tutulur. Baş nazir hesab edir ki, Ukraynaya maliyyə yardımı Aİ-nin ümumi büdcəsindən kənarda, ayrıca təmin edilməlidir. Büdcə layihəsinin Avropa Şurasının növbəti iclasında müzakirəsi planlaşdırılır.
Əsas mənbə: APA
