Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dron hücumunun Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasının bir hissəsini dağıtdığını bildirib. APA-nın məlumatına görə, xilasedicilər binadan 9 nəfəri təxliyə edib, yanğın isə lokallaşdırılıb.
Zelenskinin sözlərinə görə, dağıntılar altında insanlar qala bilər və 14 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir, əraziyə zəruri xidmətlər cəlb olunub. Prezident, həmçinin Zaporojyedə yaşayış binalarına idarəolunan aviasiya bombaları ilə endirilən zərbələr nəticəsində bir uşağın yaralandığını açıqlayıb.
Əsas mənbə: APA
