İndoneziyada şirniyyat fabrikində yanğın: 3 nəfər ölüb, 36 nəfər axtarılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İndoneziyada şirniyyat fabrikində yanğın: 3 nəfər ölüb, 36 nəfər axtarılır

Vətənim Media xəbər verir ki, İndoneziyanın Banten əyalətindəki fabrikdə baş verən yanğında üç nəfər ölüb, dörd nəfər yaralanıb. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, hadisə Seranq bölgəsinin Çikande sənaye ərazisində yerləşən “PT Fonusa Agung Mulia” şirniyyat fabrikində baş verib.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, yanğın zamanı 15 nəfər xilas edilib. Onlardan dördü xəstəxanaya yerləşdirilib. Daha 36 nəfərin axtarışı davam edir, yanğının səbəbi isə hələ müəyyənləşdirilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗