“SpaceX” Falcon 9 raketi ilə USSF-317 missiyasının yükünü orbitə çıxarıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“SpaceX” Falcon 9 raketi ilə USSF-317 missiyasının yükünü orbitə çıxarıb

Vətənim Media xəbər verir ki, “SpaceX” şirkəti ABŞ Kosmik Qüvvələri üçün nəzərdə tutulan USSF-317 missiyası çərçivəsində “Falcon 9” raketini noyabrın 20-də Kaliforniyadakı Vandenberq hərbi bazasından orbitə göndərib. Şirkət bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

Raket missiyanın faydalı yükünü orbitə çıxarıb. “Spaceflight Now” peyklərin orbitə buraxıldığını ehtimal etsə də, “SpaceX” və ABŞ Kosmik Qüvvələri bu məlumatı təsdiqləməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗