Vətənim Media xəbər verir ki, Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 18 nəfər ölüb, mindən çox insan xəstəxanaya yerləşdirilib. APA-nın ANI-yə istinadən verdiyi məlumata görə, bunu ştatın Qanunvericilik Assambleyasında Hindistan Milli Konqresi Partiyasının fraksiya rəhbəri Meqaçandra Sinqh bildirib.
Sinqhin sözlərinə görə, içkilərdə metanol aşkarlanıb. Zəhərlənənlərdə böyrək funksiyalarının pozulması da daxil olmaqla ciddi sağlamlıq problemləri yaranıb. O bildirib ki, cümə günü 600, şənbə səhəri isə daha 300 nəfər xəstəxanaya yerləşdirilib.
Ştat hakimiyyəti son günlər mənşəyi şübhəli içkilər qəbul edən və ya zəhərlənmə əlamətləri hiss edən sakinləri dərhal tibbi yardıma müraciət etməyə çağırıb. Sakinlərə özünümüalicə etməmək və içkilərin qablaşdırmalarını saxlamaq tövsiyə olunub.
Əsas mənbə: APA
