Vətənim Media xəbər verir ki, noyabrın 21-də Qazax Rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarətləri alan iki kişi yerləşdirilib. TƏBİB-in APA-ya verdiyi məlumata görə, 30 yaşlı şəxsin bədəninin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yaralar var. Onun müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti orta ağır qiymətləndirilir.
32 yaşlı digər şəxsin sol əlinin baş barmağında kəsilmiş yara olub. Ona tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Polis hadisə ilə bağlı 34 yaşlı Əfqan Musayevi saxlayıb. O, hər iki şəxsə kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinir.
Əsas mənbə: APA
