Qazaxda qonşusunu öldürən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qazaxda qonşusunu öldürən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi Xaliq Məmmədrzayevə 11 il həbs cəzası verib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmədə müəyyən edilib ki, Məmmədrzayev ötən ilin martında Qazax rayonunda qonşusu Tamerlan Sadıqovu odlu silahla öldürüb, sonra meyitini quyuya atıb. Beş ay itkin düşmüş şəxs kimi axtarılan Sadıqovun meyiti avqustda tapılıb.

İttiham əvvəlcə Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə irəli sürülüb. Məhkəmə istintaqı zamanı əməl qəsdən adam öldürməni nəzərdə tutan 120.1-ci maddə ilə tövsif edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗