Ceffris Heqsetin istefasını, əks halda impiçmentini tələb edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ceffris Heqsetin istefasını, əks halda impiçmentini tələb edib

Vətənim Media xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris Pentaqon rəhbəri Pit Heqsetin istefaya göndərilməli olduğunu bildirib. Ceffris “The New York Times” qəzetinə müsahibəsində Heqsetin impiçment proseduru ilə üzləşməli olduğunu deyib.

Konqresmenin sözlərinə görə, Prezident Donald Tramp Heqseti özü vəzifədən uzaqlaşdırmasa, ona impiçment elan edilməlidir. Ceffris Pentaqon rəhbərinin səlahiyyətlərini aşdığını və ABŞ-ın milli maraqlarına zərər vurduğunu iddia edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗