Vətənim Media xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Fars körfəzi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına hücum etməsi barədə məlumatları təkzib edib.
CENTCOM-un APA-nın istinad etdiyi açıqlamasında bildirilib ki, İran ötən gün ABŞ qırıcısına hücum etməyib və Yaxın Şərqdəki bütün Amerika qırıcıları təhlükəsiz vəziyyətdədir.
Əsas mənbə: APA
