Quzanlıda məktəbli qızı sahibsiz itlərin hücumundan sakinlər xilas edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Quzanlıda məktəbli qızı sahibsiz itlərin hücumundan sakinlər xilas edib

Vətənim Media xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində, 150 saylı tam orta məktəbin yaxınlığında məktəbli qıza bir neçə sahibsiz it hücum edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hazırlıq məşğələsindən evə qayıdan yeniyetmə qızı yaxınlıqdakı sakinlər xilas ediblər.

Qəsəbə sakinlərinin sözlərinə görə, son iki gündə insanların sahibsiz itlərin hücumuna məruz qalması ilə bağlı daha üç hadisə baş verib. Hücum müşahidə kameralarına da düşüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗