Vətənim Media xəbər verir ki, noyabrın 22-də Azərbaycanın 27 bölgəsində qərb küləyinin sürətinin saniyədə 13,9–20,7 metr olacağı gözlənilir. Bununla bağlı sarı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, xəbərdarlıq Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlıya aiddir.
Əsas mənbə: APA
