Vətənim Media xəbər verir ki, noyabrın 19-da Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bəzi bölgələrində küləkli hava gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, bununla bağlı sarı xəbərdarlıq elan edilib.
Xəbərdarlıq Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusara da şamil olunur. Ərazilərdə cənub-şərq küləyinin sürətinin saniyədə 13,9–20,7 metr olacağı bildirilir.
Əsas mənbə: APA
