Vətənim Media xəbər verir ki, noyabrın 15-i saat 18:00-a olan məlumata görə, ölkənin əksər yerlərində küləkli hava müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata əsasən, şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada isə 20 m/s-dək çatıb. Mingəçevir və Goranboyda küləyin maksimal sürəti 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s olub.
Əsas mənbə: APA
