Vətənim Media xəbər verir ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında üçüncü yeri tutub. APA-nın məlumatına görə, o, K44 kateqoriyasında 70 kiloqram çəki dərəcəsində yarışıb.
Xəlilov 1/8 finalda almaniyalı Kolja Qrabe, 1/4 finalda isə türkiyəli Yusuf Yunaçtını 2:0 hesabı ilə məğlub edib. Yarımfinalda meksikalı Xuan Qarsiyaya uduzan paralimpiya çempionu bürünc medala sahib çıxıb.
Əsas mənbə: APA
