Stolüstü tennis üzrə ölkə kuboku noyabrın 23-də Bakıda başlayacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Stolüstü tennis üzrə ölkə kuboku noyabrın 23-də Bakıda başlayacaq

Vətənim Media xəbər verir ki, yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku uğrunda yarışı noyabrın 23-də “Şüa İdman Sağlamlıq Kompleksi”ndə start götürəcək. Yarışda Bakı ilə yanaşı, digər şəhər və rayonlardan idmançılar da iştirak edəcəklər.

U-14 və U-18 yaş qruplarında komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək turnirə noyabrın 26-da yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları, eləcə də Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗