Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Gəncənin Xəqani küçəsindəki fərdi yaşayış evinin mətbəxində yanğın baş verib. Evin 120 kvadratmetrlik ümumi sahəsinin 15 kvadratmetri yanıb.
Yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər. Mətbəxdəki mebel, aspirator, qaz sobası və paltaryuyan maşın yanıb. Ev sahibinin 2009-cu il təvəllüdlü nəvəsi tüstüdən zəhərlənib.
Əsas mənbə: APA
