Vətənim Media xəbər verir ki, noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevlə Vyetnam Prezidenti To Lam arasında geniş tərkibli görüş keçirilib.
Tərəflər enerji, iqtisadiyyat, investisiyalar, nəqliyyat-logistika, turizm, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı müzakirə ediblər. Söhbətdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi, eləcə də bərpaolunan enerji və Trans-Xəzər marşrutu üzrə əməkdaşlıq məsələləri də yer alıb.
İlham Əliyev Vyetnamın 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərə qarşı göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Görüşdə iki ölkənin mina problemindən əziyyət çəkdiyi qeyd olunub və minatəmizləmə sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Əsas mənbə: APA
