Vətənim Media xəbər verir ki, Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Davud Namazlı və Ramazan Əhmədov 1/8 finala vəsiqə qazanıblar.
APA-nın məlumatına görə, 100 kq-da çıxış edən Namazlı qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova, +100 kq-da yarışan Əhmədov isə monqolustanlı Temuulen Munxçuluuna qalib gəlib. Azərbaycanın digər cüdoçuları Süleyman Şükürov, Aslan Kotsoyev və Canpolad Əliyev mübarizəni dayandırıblar.
Millinin ilk iki yarış günündə qazandığı yeganə medal 66 kq-da Məhəmməd Musayevin bürünc mükafatı olub.
Əsas mənbə: APA
