Vətənim Media xəbər verir ki, UEFA Millətlər Liqasının V turunda Niderland Yunanıstanı 7:0 hesabı ilə məğlub edib, Almaniya isə səfərdə Serbiyaya 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi Lixtenşteyn üzərində 1:0 hesablı qələbə qazanıb. Mahir Emrelinin qolu yığmaya üç xal gətirib. Günün digər oyunlarında İslandiya Bolqarıstanı 5:0, Moldova Qazaxıstanı 2:1, Şotlandiya Şimali Makedoniyanı 2:1, Estoniya Lüksemburqu 1:0, Andorra isə Cəbəllütüqü 2:0 hesabı ilə üstələyib. Slovakiya ilə Farer adaları 2:2, Sloveniya ilə İsveçrə isə 0:0 oynayıb.
Əsas mənbə: APA
