Vətənim Media xəbər verir ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının II qrupunda səfərdə Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib. Mahir Emreli 26-cı dəqiqədə matçın yeganə qolunu vurub.
Ayxan Abbasovun komandası qələbə ilə xallarını 8-ə çatdıraraq qrupu lider başa vurub. Lixtenşteyn 1 xalla üçüncü yerdə qalıb. Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə ilə nəticələnmişdi.
Əsas mənbə: APA
