Vətənim Media xəbər verir ki, Banda dənizində, Timor-Leste sahilləri yaxınlığında 6,8 maqnitudalı zəlzələ baş verib. Reuters bu barədə Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzinə (GFZ) istinadən məlumat yayıb.
Zəlzələnin episentri paytaxt Dili şəhərindən 226 kilometr şimal-şərqdə, ocağı isə 117 kilometr dərinlikdə yerləşib. Hadisənin törətdiyi dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Əsas mənbə: APA
