Vətənim Media xəbər verir ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Görüş Bakı Kristal Zalında keçirilib.
Yığma oktyabrın 25-də Andorra və Avstraliya, oktyabrın 26-da isə İsrail və Haiti ilə qarşılaşacaq. Oyunlar Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək. Turnir oktyabrın 30-dək davam edəcək. Yarışda FIFA-ya üzv 189 ölkənin komandalarının iştirakı ilə təxminən 1000 oyunun keçirilməsi nəzərdə tutulub.
Əsas mənbə: APA
