Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli Tağı oğlu Xəlilov — həyatı və yaradıcılığı.
Əli Tağı oğlu Xəlilov 1894-cü il yanvarın 18-də Naxçıvan şəhərində doğulub. İlk təhsilini mollaxanada alsa da, sonradan oranı tərk edib və M. T.
Sidqinin məktəbində oxuyub.1911–15-ci illərdə Tiflisdə texniki peşə məktəbini bitirdikdən sonra Naxçıvana qayıdaraq, Rüşdiyyə məktəbində dərs deyib. Naxçıvan teatrında çalışıb. "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.1917-ci ildə Rza Təhmasib tərəfindən tamaşaya qoyulan "Arşin mal alan", "O olmasın, bu olsun" komediyalarında Vəli və Hambal rollarını oynayıb.1920-ci ildən 1935-ci ilə qədər isə Naxçıvan Teatrının direktoru işləyib.
Sidqi Ruhullanın Naxçıvan teatrında səhnəyə qoyduğu "Otello", "Hamlet", ""Pəri-cadu", "Yağışdan çıxdıq, yağmura düşdük", "Dağılan tifaq" tamaşalarında oynadığı rollarla diqqəti çəkib. Əli Xəlilov Səməd Mövləvi, Heydər Məmmədov, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Rza Məmmədov (Bacıoğlu), Əyyub Abbasov və başqalarının köməyi ilə bir sıra əsərləri tamaşaya qoyub.1930-cu illərin sonlarında Bakıya gedərək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Əli Xəlilovun "Onu bağışlamaq olarmı" filmində yaratdığı "primus" düzəldən Şahmar obrazı ona gözəl aktyor kimi şöhrət gətirib və tamaşaçılar onu daha çox bu obrazla yadda saxlayıb.
Əli Xəlilov Hüseyn Cavidin "Şeyx Sənan", C. Məmmədquluzadənin "Ölülər", A. Şirvanzadənin "Namus", Molyerin "Zorən təbib", C.
Cabbarlının "Aydın", " Sevil" və başqa tamaşalarda da yaddaqalan obrazlar yaradıb. 1964-cü ildə onun müəllifi olduğu "Naxçıvan teatrının tarixi" kitabı dəyərli mənbə kimi əhəhmiyyətlidir. Əli Xəlilov 1975-ci ildə iyunun 22-də, 81 yaşında Bakıda vəfat edib…
RUHU ŞAD OLSUN!
