Vətənim Media xəbər verir ki, Gəncənin Cavadxan qəsəbəsində avtomobilin vurduğu 1991-ci il təvəllüdlü kişi ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-in APA-ya verdiyi məlumata görə, yaralı oktyabrın 24-də saat 10:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına hospitalına yerləşdirilib. Ona burun nahiyəsinin sıyrılmış yarası və daban sümüyünün çatı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra zəruri tibbi yardım göstərilib.
Əsas mənbə: APA
