Vətənim Media xəbər verir ki, Rusiyanın Kamçatka yarımadasında son sutkada maqnitudası 4,1-dən 5,0-dək olan beş zəlzələ baş verib. APA-nın TASS-a istinadən yaydığı məlumata görə, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi zəlzələlərin əhali tərəfindən hiss olunmadığını bildirib.
Bölgədə dörd vulkanın aktivliyi davam edir. Mütəxəssislər sakinlərə və turistlərə təhlükəsizlik məqsədilə həmin vulkanlara yaxınlaşmamağı tövsiyə ediblər.
Əsas mənbə: APA
