Vətənim Media xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının 1/4 finalında Bilalhəbaşi Nəzərov (50 kq) və Zidan Hünbətov (55 kq) qələbə qazanıb. APA-nın məlumatına görə, Nəzərov çexiyalı Filip Horvatı, Hünbətov isə serbiyalı Nikola Maksimoviçi 5:0 hesabı ilə məğlub edib.
Nəzərov yarımfinalda israilli David Zaxari ilə, Hünbətov isə fransalı Kristofer İppokratla qarşılaşacaq. Onlar da yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin ediblər. Azərbaycan millisinin yarımfinalçılarının sayı dördə çatıb; daha əvvəl Məhəmmədəli Aşırəliyev və Nicat Alırzayev bu mərhələyə yüksəlib. Yarımfinal döyüşləri bu gün, finallar isə noyabrın 24-də keçiriləcək.
Əsas mənbə: APA
