Vətənim Media xəbər verir ki, “Premium Times” Nigeriyanın şimal-şərqində keçirilən hava əməliyyatında 37 terrorçunun öldürüldüyünü yazıb. “Hadin Kay” hərbi əməliyyatının sözçüsü Məhəmməd Qoninin bildirdiyinə görə, Borno ştatına endirilən zərbələr silahlıların müvəqqəti yerləşmə məntəqələrini və əldəqayırma partlayıcı qurğuların saxlandığı anbarları da məhv edib.
Qoninin sözlərinə görə, əməliyyat əvvəlcədən toplanmış kəşfiyyat məlumatları əsasında keçirilib. Öldürülənlərin hansı təşkilata mənsub olduğu açıqlanmayıb; onların “Boko Haram” üzvü ola biləcəyi ehtimal edilir.
Əsas mənbə: APA
