Vətənim Media xəbər verir ki, Şəmkir rayonunun Ağdağlar adlanan ərazisində 1983-cü il təvəllüdlü İ. Məmmədovun meyiti aşkarlanıb. APA-nın yerli bürosunun məlumatına görə, o, Gədəbəy rayonunun Düzyurd kənd sakini olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, meyitin itlər tərəfindən parçalandığı bildirilir. Mənbədə mərhumun tüfeyli həyat tərzi keçirdiyi də qeyd olunur.
Əsas mənbə: APA
