Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Şəmkir sakini Y. Əhmədova abort üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Prosedur zamanı qadının halı qəfil pisləşib. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Meyit müayinədən sonra ailəsinə təhvil verilib. Şəmkir Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır. Məlumata görə, bu, qadının üçüncü hamiləliyi olub.
Əsas mənbə: APA
