Vətənim Media xəbər verir ki, Şəmkir rayonunun Varlı Həyat kəndində bir evdə kişi və qadının meyiti aşkarlanıb. APA-nın yerli bürosunun məlumatına görə, ölənlərdən biri 1968-ci il təvəllüdlü R.Mustafayevdir. Yaxınları gün ərzində ondan xəbər ala bilmədikləri üçün evinə gediblər. Qapı bağlı olduğundan hasardan keçərək həyətə daxil olub, meyitləri evdə tapıblar.
Yaxınlarının APA-ya bildirdiyinə görə, R.Mustafayev əkinçiliklə məşğul olub, meyiti tapılan qadın isə onun yanında işləyib. Qadının şəxsiyyəti və hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
