Şeynbaum ABŞ hərbçilərinin Meksikadakı əməliyyata qatılmasına razılıq verməyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şeynbaum ABŞ hərbçilərinin Meksikadakı əməliyyata qatılmasına razılıq verməyib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Meksika Prezidenti Klaudiya Şeynbaum “Beltran Leyva” qruplaşmasının lideri Fausto İs idronun saxlanılması əməliyyatının Meksika Silahlı Qüvvələri tərəfindən müstəqil planlaşdırılıb həyata keçirildiyini bildirib.

Şeynbaum ABŞ hərbçilərinin Meksikada fəaliyyət göstərməsinə və əməliyyatların planlaşdırılmasına daha çox təsir etməsinə razılıq vermədiklərini deyib. Onun sözlərinə görə, Vaşinqtonla əməkdaşlıq kəşfiyyat məlumatlarının mübadiləsi ilə məhdudlaşıb və suverenliyə, ərazi bütövlüyünə hörmət, qarşılıqlı etimad və tabeçilik olmadan əməkdaşlıq prinsiplərinə əsaslanıb. Prezident Sinaloa ştatının Quasave bələdiyyəsindəki əməliyyat zamanı həlak olan dörd hərbçinin ailəsinə başsağlığı verib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗