Vətənim Media xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb. Bəyanata əsasən, partlayışdan sonra güclü yanğın başlayıb.
SEPAH-ın məlumatına görə, hadisəni görən və hərəkətə nəzarət mərkəzindən radio xəbərdarlığı alan tankerə yoldaşlıq edən digər iki tanker Fars körfəzinə geri dönüb. SEPAH daha əvvəl boğazda üç neft tankerində də güclü partlayış olduğunu bildirmişdi.
Əsas mənbə: APA
