Yelo Bank və UNEC tələbələrin təcrübə proqramlarında iştirakı üçün razılaşdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Yelo Bank və UNEC tələbələrin təcrübə proqramlarında iştirakı üçün razılaşdı

Vətənim Media xəbər verir ki, Yelo Bank və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə bankın İdarə Heyətinin sədri Anar Həsənov və universitetin rektoru Ədalət Muradov imza atıblar.

Razılaşma tələbələrin bankın karyera və staj proqramlarına, istehsalat təcrübələrinə cəlb olunmasını nəzərdə tutur. Onlar həmçinin kapital bazarları və maliyyə məhsulları üzrə təlim və seminarlarda iştirak edəcək, karyera tədbirlərində bank mütəxəssisləri ilə görüşəcəklər. Peşəkar təlimləri başa vuran tələbələr sertifikat alacaqlar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗