Tələbələrin montaj olunmuş görüntülərini silmək üçün pul tələb edən şəxs saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tələbələrin montaj olunmuş görüntülərini silmək üçün pul tələb edən şəxs saxlanılıb

Vətənim Media xəbər verir ki, müxtəlif ali təhsil müəssisələrinin tələbələri onların foto və video görüntülərinin montaj edilərək yayılması, silinməsi müqabilində isə pul tələb olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər.

DİN-in məlumatına görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat-texniki tədbirləri nəticəsində 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Araşdırmaya əsasən, o, sosial şəbəkələrdən tələbələrin görüntülərini əldə edib, süni intellekt proqramları ilə montajlayıb və saxta hesablarında yayıb, sonra isə silinməsi üçün pul istəyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir. DİN sosial şəbəkələrdə şəxsi görüntüləri paylaşarkən ehtiyatlı olmağı və məxfilik parametrlərini düzgün tənzimləməyi tövsiyə edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗