Vətənim Media xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Argentinanın LANA xəbər agentliyi əməkdaşlıq memorandumu imzalayıb. APA-nın məlumatına görə, sənədə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və LANA-nın direktoru Xuan Manuel Fonruj imza atıblar.
Razılaşmaya əsasən, agentliklər ispan və ingilis dillərində xəbərləri, eləcə də foto və videomaterialları gündəlik mübadilə edəcək. Tərəflər əməkdaşlarının qarşılıqlı səfərləri ilə təcrübə mübadiləsi aparacaq, saxta xəbərlərə və dezinformasiyaya qarşı birgə mübarizə, süni intellekt də daxil olmaqla yeni texnologiyalar sahəsində əməkdaşlıq edəcəklər. Memorandum birgə fotosərgilər, videolayihələr və onlayn seminarlar təşkilini də nəzərdə tutur.
Əsas mənbə: APA
