Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri informasiya məkanında dezinformasiya və manipulyasiya meyillərini müzakirə ediblər. Toplantının sonunda bu mövzuya dair Şura bəyanatının hazırlanması zəruri sayılıb və müvafiq bəyanat qəbul edilib.
Şura sədri Vüqar Zifəroğlu qərəzli yanaşmaların jurnalistikanın peşəkarlığına və ictimai etimada zərər vurduğunu bildirib. İdarə Heyətinin üzvləri problemin həlli üçün hüquqi mexanizmlərin, sistemli mübarizənin və media ilə dövlət qurumlarının ictimaiyyətlə əlaqə strukturları arasında əməkdaşlığın vacibliyini vurğulayıblar. Söz və ifadə azadlığının məhdudlaşdırılması təsiri yaratmamaq üçün mübarizə üsullarının əsaslandırılmalı olduğu da qeyd edilib.
Əsas mənbə: www.presscouncil.az
