Sübhan Quliyev 70, Mahir Rüstəmli 50 illik yubileyləri münasibətilə təltif olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Sübhan Quliyev 70, Mahir Rüstəmli 50 illik yubileyləri münasibətilə təltif olunub

Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasında “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ilə görüş keçirilib. Şura sədri Vüqar Zifəroğlu jurnalistləri təbrik edərək onların peşəkar fəaliyyətini yüksək qiymətləndirib.

Sübhan Quliyev 70 illik yubileyi və media sahəsindəki fəaliyyətinə, Mahir Rüstəmli isə 50 illik yubileyi və idman jurnalistikasına töhfələrinə görə Mətbuat Şurasının diplomları ilə təltif olunublar. Görüşdə çıxış edən jurnalistlər hər iki yubilyara xoş arzularını çatdırıblar.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗