Mətbuat Şurası jurnalistləri etik qaydalara əməl etməyə çağırıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Mətbuat Şurası jurnalistləri etik qaydalara əməl etməyə çağırıb

Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası son günlər bəzi media subyektlərinin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənara çıxdığını bildirib. Şuranın bəyanatında dəqiqləşdirilməmiş məlumatların rəsmi mənbələrə istinad edilmədən və tələsik yayılmasının ictimaiyyətin informasiyaya etimadını zəiflədə biləcəyi vurğulanıb.

Şura qeyd edib ki, operativlik faktların yoxlanılması, dəqiqlik və obyektiv təqdimat hesabına təmin edilməməlidir. Bəyanatda, həmçinin şəxsi həyatın toxunulmazlığına, insan ləyaqətinə və fərdi məlumatların qorunmasına hörmət göstərilməsinin vacibliyi vurğulanıb.

Mətbuat Şurası media nümayəndələrini və müstəqil jurnalist fəaliyyəti göstərən şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb. Bəyanatda jurnalistikanın ictimai əhəmiyyətli məlumatları çatdırmaq missiyasının sensasiya və diqqət cəlb etmək naminə qurban verilməməli olduğu bildirilib.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗