Vətənim Media xəbər verir ki, “Olimpiya dünyası” qəzeti fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Azərbaycan Mətbuat Şurası yubiley münasibətilə qəzetin kollektivini təbrik edib.
Şuranın qiymətləndirməsinə görə, nəşr Olimpiya dəyərlərini və idmanın cəmiyyətdəki rolunu təbliğ edib, milli idman salnaməsinin formalaşmasına töhfə verib. Mətbuat Şurası qəzetin rəhbərliyinə və əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb.
Əsas mənbə: www.presscouncil.az
