Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni tərkibinin ilk iclasında Rey Kərimoğlu yenidən komissiyanın sədri seçilib. Nadir İsmayılov isə katib vəzifəsinə seçilib.
Komissiyanın beş üzvdən ibarət yeni tərkibi jurnalistlərin oktyabrın 16-da keçirilən IX qurultayında formalaşdırılıb. Üzvlər qarşıdakı dörd ildə işin intensiv olacağını bildirərək komissiyanın fəaliyyətinə dair təkliflərini səsləndiriblər.
Əsas mənbə: www.presscouncil.az
