Vətənim Media xəbər verir ki, “İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları Azərbaycan Mətbuat Şurasında təlimdə olublar. Şuranın İdarə Heyətinin üzvləri Elçin Alıoğlu və Fərid Şahbazlı müasir media, jurnalistikanın gələcəyi və süni intellektin sahəyə təsiri barədə danışıblar.
Təlimdə sosial və ənənəvi medianın fərqləri, sosial şəbəkələrin ictimai rəyə təsiri, informasiya paylaşarkən peşəkarlıq və etibarlı mənbələrə istinadın vacibliyi müzakirə olunub. İştirakçıların sualları cavablandırılıb.
Layihə çərçivəsində bir ay ərzində əvvəlcədən seçilmiş 20 gənc üçün silsilə təlimlər keçirilir. Proqramın məqsədi iştirakçıların media savadlılığını, jurnalistika və blogerlik üzrə bilik və bacarıqlarını artırmaqdır.
Əsas mənbə: www.presscouncil.az
