Azərbaycanda gündəlik neft və kondensat hasilatı 547 min barel olub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanda gündəlik neft və kondensat hasilatı 547 min barel olub

Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft və kondensat hasilatı orta hesabla gündə 73 min ton, yaxud 547 min barel təşkil edib. Energetika Nazirliyinin açıqladığı göstəricilərə əsasən, bunun 61 min tonu xam neft, 12 min tonu isə kondensat olub. Barellə ifadədə gündəlik xam neft hasilatı 446 min, kondensat hasilatı 101 min barel qeydə alınıb.

“OPEC+” ölkələrinin razılaşmasına əsasən, Azərbaycanın 2026-cı ilin sonunadək gündəlik xam neft hasilatı kvotası 551 min barel və ya 74 259 tondur. Beləliklə, yanvar-sentyabr dövründə xam neft hasilatı kvotadan gündə 105 min barel, yaxud 13 259 ton aşağı olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗