Azərbaycanın ipək ixracı 9 ayda 408 min dolları ötüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Azərbaycanın ipək ixracı 9 ayda 408 min dolları ötüb

Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici bazarlara 408 min dollar dəyərində ipək ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% və ya 33,59 min dollar çoxdur.

Ötən ilin ilk doqquz ayında ipək ixracının dəyəri 374,41 min dollar olub. Hesabat dövründə Azərbaycana 40,2 min dollar dəyərində ipək idxal edilib ki, bu da illik müqayisədə 40,3% və ya 27,11 min dollar azdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗