Vətənim Media xəbər verir ki, Kino Agentliyi “44” filminin seansları zamanı mobil telefon və digər cihazlarla çəkiliş aparılmasının, görüntülərin icazəsiz qeydə alınaraq yayılmasının yolverilməz olduğunu bildirib.
Agentliyin müraciətində qeyd olunub ki, filmin çəkilməsi və görüntülərin paylaşılması müəlliflik hüquqlarını poza bilər. Qanunvericiliyin tələbləri pozularsa, şəxslər İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, müvafiq şərtlər olduqda isə Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər. Qanun pozuntusu aşkarlanarsa, təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Əsas mənbə: APA
