Vətənim Media xəbər verir ki, Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu 2026 keçirilir. APA-Economics-in məlumatına görə, müzakirələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələri, investisiya imkanları və Orta Dəhlizin perspektivləri diqqət mərkəzindədir.
Forumda “Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026” və ölkənin ticarət sektorunun inkişafına dair tədqiqat hesabatının təqdimatı nəzərdə tutulub. Tədbirdə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes sektorunun nümayəndələri iştirak edir.
Əsas mənbə: APA
