Vətənim Media xəbər verir ki, Maltada keçirilən “Uşaq Avroviziya 2026” Mahnı Müsabiqəsində Ermənistan təmsilçisi Nare birinci olub. APA-nın məlumatına görə, o, “Boo” mahnısı ilə münsiflərdən 103, xalq səsverməsindən isə 99 xal toplayıb.
İlk üçlükdə Ermənistanla yanaşı İspaniya və Fransa təmsilçiləri yer alıb. Şimali Makedoniya 57 xalla sonuncu olub. Ermənistan bu müsabiqədə sonuncu dəfə 2021-ci ildə qalib gəlmişdi; Narenin qələbəsi ölkənin üçüncü qələbəsidir. Azərbaycan müsabiqədə iştirak etməyib.
Əsas mənbə: APA
