Vətənim Media xəbər verir ki, Mingəçevirin Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində 1984-cü il təvəllüdlü şəhər sakini bıçaq xəsarəti alıb. APA-nın yerli bürosunun məlumatına görə, o, ürək nahiyəsindən xəsarətlə xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisənin başvermə şəraiti araşdırılır.
Əsas mənbə: APA
