Pakistanda mikroavtobus çaya düşüb: 11 nəfər ölüb, 3 nəfər yaralanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Pakistanda mikroavtobus çaya düşüb: 11 nəfər ölüb, 3 nəfər yaralanıb

Vətənim Media xəbər verir ki, Pakistanın şimalında sərnişin mikroavtobusunun çaya düşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 3 nəfər yaralanıb. “Associated Press” yerli polisə istinadən məlumat yayıb.

Mikroavtobus Qilqit şəhərindən Hundur kəndinə gedərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Yasin çayına düşüb. Xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗